Diaqnostika

Diaqnostika imkanlarımız

Diaqnoz qoyulması üçün lazım olan müayinələrin əksəriyyəti klinikada aparılır — görüntüləmə, funksional diaqnostika, endoskopiya, kardioloji müayinələr və laboratoriya eyni binadadır.

İcbari Tibbi Sığorta

İTS-ə daxil olan müayinələr

MRT və KT müayinələri İTS üzrə ödənişsiz həyata keçirilir.

Sığorta şərtləri
KTMRTRentgenUSMEEQEMQPlazmaferezLaboratoriya
Görüntüləmə diaqnostikası

Görüntüləmə diaqnostikası

MRT, KT, rentgen və ultrasəs — bədənin daxili quruluşunun təsviri.

Ultrasəs müayinəsi aparılan nahiyələr

Qarın boşluğu orqanları (tam abdominal) Böyrəklər və sidik kisəsi Qalxanabənzər vəzi Süd vəziləri Ginekoloji USM Hamiləlik USM — bütün trimestrlər Prenatal skrininq (1-ci və 2-ci trimestr) Uroloji USM və prostat Xayaların doppler müayinəsi Uşaqlarda bud-çanaq oynağı Yumşaq toxumalar Cərrahi vəziyyətlər (appendiks, kriptorxizm)
Funksional diaqnostika

Funksional diaqnostika

Beyin, sinir, əzələ və tənəffüs funksiyalarının qeydə alınması.

Endoskopik müayinələr

Endoskopik müayinələr

Mədə və bağırsağın daxildən müayinəsi; biopsiya və müdaxilə imkanı ilə.

Aparılan endoskopik prosedurlar

  • Ezofaqoqastroduodenoskopiya (FGDS) — qastroskopiya
  • Kolonoskopiya (FCS), terminal ileumun intubasiyası ilə
  • Duodenoskopiya
  • Endoskopik hemostaz (qanaxmanın dayandırılması)
  • Mədə və bağırsaqdan biopsiya alınması
  • Mədədən yad cisim çıxarılması
  • Polipektomiya (hot snare və cold snare)
  • EMR — endoskopik mukozal rezeksiya
  • Mədə balonu
  • Mədə botoksu
  • Varis band liqasiyası
Kardioloji müayinələr

Kardioloji müayinələr

Ürəyin elektrik fəaliyyəti, quruluşu və ritm dəyişiklikləri.

Kardioloji müayinələr

EKQ — elektrokardioqrafiya EXO-KQ — exokardioqrafiya Stress-test Holter monitor

Başqa müəssisədə çəkilmiş disk

MRT və ya KT diskiniz var, amma suallarınız qalıb? Klinikanın radioloq həkimi tərəfindən oxunub şərh oluna bilər.

Diaqnostika haqqında suallar

Klinikada hansı diaqnostika imkanları var?
MRT, KT, rentgen, ultrasəs müayinəsi (USM), EEQ, EMQ, spirometriya, endoskopiya (qastroskopiya və kolonoskopiya), kardioloji müayinələr (EKQ, EXO-KQ, Holter, stress-test) və laboratoriya.
USM-ə necə hazırlaşmalıyam?
Bu, müayinə olunan nahiyədən asılıdır. Qarın boşluğu üçün adətən ac qalma, böyrək və kiçik çanaq üçün isə sidik kisəsinin dolu olması tələb olunur. Qalxanabənzər vəzi və yumşaq toxumalar üçün adətən hazırlıq lazım deyil. Dəqiq şərtləri qeydiyyat zamanı öyrənin.
EEQ nədir və nə üçün aparılır?
EEQ (elektroensefaloqrafiya) beynin elektrik fəaliyyətini qeydə alan müayinədir. Qıcolmalar, epilepsiya şübhəsi, huşun itməsi və bəzi nevroloji vəziyyətlərin qiymətləndirilməsində istifadə oluna bilər. Müayinə ağrısızdır və İcbari Tibbi Sığortaya daxildir.
Spirometriya nədir?
Spirometriya tənəffüs testidir — ağciyərlərə nə qədər hava girib-çıxdığını və nə sürətlə nəfəs verildiyini ölçür. Bronxial astma və digər tənəffüs yolu xəstəliklərinin qiymətləndirilməsində istifadə olunur.
Allergiya testi nə qədər çəkir?
Dəri prik testinin nəticəsi 15 dəqiqə ərzində alınır. Test allerqoloq nəzarətində aparılır. Antihistamin dərman qəbul edirsinizsə, bunu mütləq həkimə bildirin — nəticəyə təsir edə bilər.

Müayinə üçün qeydiyyatdan keçin

Hansı müayinənin lazım olduğunu həkim müəyyən edir. Göndərişiniz varsa, qeydiyyat zamanı bildirin.

Qəbula yazıl