Laboratoriya
Analiz axtarışı
Analizin adını, qısaltmasını və ya şikayətinizi yazın. Hər analiz üçün hazırlıq tələbi, nümunə növü və nə üçün təyin oluna biləcəyi izah olunub.
Qan analizləri — Ümumi qan mənzərəsi, iltihab göstəriciləri və laxtalanma.
Hemoqram · CBC
Qanın ümumi analizi
Qanın hüceyrə tərkibini — eritrosit, leykosit və trombositləri — ölçən əsas laboratoriya analizidir.
CRP
CRP (C-reaktiv zülal)
Orqanizmdə iltihabi prosesin olub-olmadığını göstərən ümumi markerdir.
ASO
ASO (Antistreptolizin-O)
Streptokok infeksiyası keçirildiyini göstərə bilən antitel testidir.
RF
Revmatoid faktor (RF)
Revmatoloji xəstəliklərin qiymətləndirilməsində istifadə olunan antitel testidir.
PT · INR
Protrombin zamanı və İNR
Qanın laxtalanma sürətini qiymətləndirir.
Hormonlar — Qalxanabənzər vəzi, cinsiyyət hormonları və reproduktiv göstəricilər.
TSH
TSH (Tireotrop hormon)
Qalxanabənzər vəzinin (zobun) fəaliyyətini qiymətləndirən əsas analizdir.
T4 · sərbəst T4
T4 (Tiroksin)
Qalxanabənzər vəzinin istehsal etdiyi əsas hormon — TSH ilə birlikdə qiymətləndirilir.
Testosteron
Testosteron
Əsas kişi cinsiyyət hormonu — androloji qiymətləndirmədə istifadə olunur.
T3
T3 (Triyodtironin)
Qalxanabənzər vəzi hormonlarından biri; TSH və T4 ilə birlikdə qiymətləndirilir.
LH
LH (Lüteinləşdirici hormon)
Reproduktiv funksiyanı tənzimləyən hipofiz hormonu.
FSH
FSH (Follikulstimulə edici hormon)
Reproduktiv funksiyanın qiymətləndirilməsində LH ilə birlikdə baxılan hormon.
HCG · β-HCG
HCG (Xorion qonadotropini)
Hamiləliyin təsdiqlənməsində və bəzi onkoloji qiymətləndirmələrdə istifadə olunur.
Şəkər və diabet — Qan şəkəri və uzunmüddətli şəkər nəzarəti.
Qaraciyər — Qaraciyər fermentləri, bilirubin və hepatit göstəriciləri.
ALT · SGPT
ALT (Alanin aminotransferaza)
Qaraciyər hüceyrələrinin vəziyyətini əks etdirən əsas fermentdir.
AST · SGOT
AST (Aspartat aminotransferaza)
Qaraciyər və əzələ toxumasında olan ferment; ALT ilə birlikdə qiymətləndirilir.
GGT
QQT (Qamma-qlutamiltransferaza)
Öd yolları və qaraciyər vəziyyətinin qiymətləndirilməsində istifadə olunur.
ALP
ALP (Qələvi fosfataza)
Öd yolları və sümük mübadiləsi ilə bağlı ferment.
Bilirubin
Bilirubin (ümumi və birbaşa)
Sarılığın qiymətləndirilməsində istifadə olunan göstərici.
Amilaza
Amilaza
Mədəaltı vəzin vəziyyətinin qiymətləndirilməsində istifadə olunur.
Böyrək — Böyrək funksiyası, sidik analizi və elektrolitlər.
SÜA
Sidiyin ümumi analizi
Böyrək və sidik yollarının vəziyyətini qiymətləndirən əsas analizdir.
Kreatinin
Kreatinin
Böyrək funksiyasının qiymətləndirilməsində istifadə olunan əsas göstəricidir.
Urea
Sidik cövhəri (Urea)
Böyrək funksiyasının qiymətləndirilməsində kreatinin ilə birlikdə baxılır.
Qalıq azot
Qalıq azot
Böyrək funksiyasının qiymətləndirilməsində istifadə olunan göstərici.
Sidik turşusu
Sidik turşusu
Oynaq ağrıları və böyrək daşları ilə əlaqəli qiymətləndirilə bilən göstərici.
Mikroalbumin
Mikroalbumin (sidikdə)
Böyrək filtr sistemindəki erkən dəyişiklikləri göstərə bilən analizdir.
Natrium · Kalium · Xlor
Elektrolitlər (Na, K, Cl)
Orqanizmdəki su-duz balansının qiymətləndirilməsi.
Ürək və lipidlər — Xolesterin profili və ürək əzələsi markerləri.
Xolesterin
Ümumi xolesterin
Qan yağlarının ümumi səviyyəsini göstərir — ürək-damar riskinin qiymətləndirilməsində istifadə olunur.
HDL
HDL xolesterin
Lipid profilinin tərkib hissəsi.
LDL
LDL xolesterin
Lipid profilinin tərkib hissəsi.
TG
Triqliseridlər
Qandakı yağların bir formasıdır; ac qarına ölçülür.
Troponin I
Troponin I
Ürək əzələsinin zədələnməsini göstərə bilən markerdir.
Onkomarkerlər — Şiş markerləri — tək başına diaqnoz qoymur, həkim qiymətləndirir.
Ümumi PSA
PSA (Prostat spesifik antigen)
Prostat vəzinin qiymətləndirilməsində istifadə olunan qan analizidir.
Sərbəst PSA
Sərbəst PSA
Ümumi PSA ilə birlikdə qiymətləndirilən göstərici.
CA 125
CA 125
Yumurtalıqlarla bağlı qiymətləndirmələrdə istifadə olunan marker.
CA 15-3
CA 15-3
Süd vəzi ilə bağlı qiymətləndirmələrdə istifadə olunan marker.
CA 19-9
CA 19-9
Mədəaltı vəz və həzm sistemi ilə bağlı qiymətləndirmələrdə istifadə olunan marker.
CEA
CEA (Karsinoembrional antigen)
Ümumi onkoloji qiymətləndirmələrdə istifadə olunan marker.
AFP
AFP (Alfa-fetoprotein)
Qaraciyər və bəzi digər qiymətləndirmələrdə istifadə olunan marker.
İnfeksiyalar — Hepatit, cinsi yolla keçən infeksiyalar və bakterioloji əkilmə.
HBsAg
Hepatit B
Hepatit B virusu ilə yoluxmanın qiymətləndirilməsi.
Anti-HCV
Hepatit C
Hepatit C virusu ilə yoluxmanın qiymətləndirilməsi.
CYKİ
Cinsi yolla keçən infeksiyaların diaqnostikası
Cinsi yolla keçən infeksiyaların laboratoriya diaqnostikası — diskret şəraitdə.
Kultivasiya
Bakterioloji əkilmə (kultivasiya)
Biomaterialda bakteriyaların böyüdülməsi yolu ilə infeksiya törədicisinin müəyyən edilməsi.
Parazitologiya — Bağırsaq parazitləri, qurd və ibtidailərin diaqnostikası.
Qurd analizi
Nəcisdə qurd yumurtalarının təyini
Bağırsaq parazitlərinin — qurd və ibtidailərin — laboratoriya diaqnostikası.
Lyambliya
Lyambliya (IgA · IgM · IgG)
Lyambliya infeksiyasının antitel əsasında qiymətləndirilməsi.
Enterobioz
Enterobioz (selofan bant üsulu)
Sancaqlı qurdun (oksiur) aşkarlanması üçün istifadə olunan üsul — səhər, yuyunmadan əvvəl götürülür.
Askarida
Askarida
Askarida infeksiyasının antitel əsasında qiymətləndirilməsi.
Koproqramma
Nəcisin ümumi analizi
Həzm prosesinin və bağırsaq vəziyyətinin ümumi qiymətləndirilməsi.
Vitamin və mineral — D vitamini, kalsium və dəmir statusu.
Reproduktiv sağlamlıq — Spermoqramma, hormonal profil və yaxma.
Allergiya və tənəffüs — IgE, dəri prik testi və spirometriya.
IgE
Ümumi IgE
Allergik meylin qiymətləndirilməsində istifadə olunan antitel göstəricisidir.
Prik test
Dəri prik testi
Dəri allergiyasının 15 dəqiqə ərzində təyini — allerqoloq nəzarətində aparılır.
Spirometriya
Spirometriya (tənəffüs testi)
Ağciyərlərə nə qədər hava girib-çıxdığını və nə sürətlə nəfəs verildiyini ölçür.
Dermatoloji analizlər — Göbələk, demodeks və gənə müayinələri.
Bu ad üzrə analiz tapılmadı
Analizin başqa adı ola bilər. Qeydiyyat şöbəsinə zəng edərək dəqiqləşdirə bilərsiniz: 050 461 40 00
Siyahıda axtardığınız analiz yoxdur?
Saytdakı siyahı klinikanın paylaşımlarında adı keçən analizlərdən ibarətdir və tam menyu deyil. Axtardığınız analizin aparılıb-aparılmadığını telefonla dəqiqləşdirə bilərsiniz.
Analizlər haqqında suallar
Klinikada hansı analizlər aparılır?
Klinik, biokimyəvi, hormonal, immunoloji, bakterioloji və parazitoloji analizlər, onkomarkerlər, infeksiya analizləri, dermatoloji müayinələr və reproduktiv sağlamlıq analizləri. Tam siyahı üçün Analiz axtarışı bölməsinə baxa bilərsiniz.
Analizə ac getmək lazımdırmı?
Bu, analizin növündən asılıdır. Bəzi analizlər (aclıq qanda qlükoza, lipid profili) ac qarına verilir, bəziləri isə (məsələn, HbA1c) ac qalma tələb etmir. Hər analizin səhifəsində hazırlıq tələbi göstərilib; dəqiqləşdirmək üçün qeydiyyat zamanı soruşa bilərsiniz.
Dərmanlarımı analizdən əvvəl qəbul edim?
Müntəzəm qəbul etdiyiniz dərmanı öz-özünüzə dayandırmayın — əvvəlcə həkiminizlə məsləhətləşin. Qeydiyyat zamanı qəbul etdiyiniz dərmanları bildirin; bəzi dərmanlar nəticəyə təsir edə bildiyi üçün həkim analizin vaxtını dəyişə bilər.
Nəticəm referens aralığından kənardır — narahat olmalıyam?
Referens aralığından cüzi kənara çıxma hər zaman xəstəlik demək deyil. Nəticəyə yaş, cins, qəbul etdiyiniz dərmanlar, hamiləlik, son yeməyiniz və hətta analizdən əvvəlki fiziki yük təsir edə bilər. Nəticəni həkiminizə göstərin.
Analiz üçün qeydiyyatdan keçin
Nümunə klinikada və ya səyyar tibbi xidmət vasitəsilə evinizdə götürülə bilər.