İxtisas

Nevrologiya — Bərdə

Nevrologiya baş beyin, onurğa beyni və sinir sisteminin xəstəlikləri ilə məşğul olur. Klinikada nevroloji şikayətlərin qiymətləndirilməsində MRT, EEQ və EMQ müayinələri istifadə oluna bilər.

Baxılan vəziyyətlər

Baş ağrıları və miqren
Bel və boyun ağrıları
Fəqərəarası disk yırtıqları
İnsult və insultun profilaktikası
Epilepsiya və qıcolmalar
Yuxu pozğunluqları
Narahat ayaq sindromu
Yaddaş pozulmaları
Huşun itməsi
Diabetik polinevropatiya
Sinir sıxılmaları

Nə zaman müraciət etməli?

Aşağıdakı əlamətlərdən biri və ya bir neçəsi davam edirsə, müayinə məsləhət görülə bilər:

  • davamlı baş ağrısı
  • bel və ya boyun ağrısının qola/ayağa yayılması
  • əl və ayaqlarda keyimə və ya gücsüzlük
  • huşun itməsi və qıcolma
  • yaddaş pozulması
  • ikigörmə
  • səbəbsiz qusma

Bu əlamətlər başqa səbəblərdən də yarana bilər. Dəqiq qiymətləndirmə üçün həkim müayinəsi lazımdır.

Diaqnostika üsulları

  • Baş-beyin MRT
  • Onurğa MRT (boyun, döş, bel-oma)
  • EEQ — elektroensefaloqrafiya
  • EMQ — elektromioqrafiya

Tez-tez verilən suallar

EEQ nədir və nə üçün aparılır?
EEQ (elektroensefaloqrafiya) beynin elektrik fəaliyyətini qeydə alan müayinədir. Qıcolmalar, epilepsiya şübhəsi, huşun itməsi və bəzi nevroloji vəziyyətlərin qiymətləndirilməsində istifadə oluna bilər. Müayinə ağrısızdır və İcbari Tibbi Sığortaya daxildir.
Bədənimdə metal implant var — MRT olunа bilərəmmi?
Bu, mütləq əvvəlcədən bildirilməlidir. Ürək stimulyatoru (peysmeyker), defibrillyator, qulaq implantı, damar klipsi, protez, stent və ya bədəndə qalmış metal qəlpə varsa, MRT-dən əvvəl həkimə və texnikə məlumat verin. Bəzi implantlar MRT-yə maneə yaradır, bəziləri isə xüsusi rejim tələb edir.

Nevrologiya üzrə qəbula yazılın

Müayinə, analiz və ya həkim məsləhəti üçün zəng edin.

Qəbula yazıl