Bu analiz nədir?

TSH hipofiz vəzisi tərəfindən ifraz olunan hormondur və qalxanabənzər vəzinin işini tənzimləyir. Zob xəstəliklərinin qiymətləndirilməsində ilk baxılan göstəricidir.

Nəyi ölçür?

Qandakı tireotrop hormonun səviyyəsini.

Niyə aparılır?

  • Qalxanabənzər vəzi funksiyasının qiymətləndirilməsi
  • Hipotireoz (tənbəl zob) və hipertireoz (zəhərli zob) şübhəsi
  • Zob müalicəsinin izlənməsi
  • Hamiləlik dövründə tiroid funksiyasının nəzarəti

Həkim bu analizi nə zaman təyin edə bilər?

Aşağıdakı şikayətlər zamanı bu analiz təyin oluna bilər:

  • tez yorulma və halsızlıq
  • səbəbsiz çəki artımı və ya azalması
  • boyunda şişkinlik
  • saç tökülməsi
  • əsəbilik və ürəkdöyünmə
  • soyuğa və ya istiyə həssaslıq
  • aybaşı pozğunluğu

Nəticənin şərhi

TSH-nin yüksək olması adətən qalxanabənzər vəzinin az işlədiyinə (hipotireoz), aşağı olması isə çox işlədiyinə (hipertireoz) işarə edə bilər. Dəqiq qiymətləndirmə üçün həkim T4 və digər göstəricilərə də baxır.

Nəticənizin nə demək olduğunu yalnız sizi müayinə edən həkim — digər müayinələr və klinik vəziyyətinizlə birlikdə — qiymətləndirə bilər. Bu səhifədəki məlumat ümumi maarifləndirmə xarakteri daşıyır.