İxtisas
Endokrinologiya — Bərdə
Endokrinologiya orqanizmdəki hormon sistemi ilə məşğul olan tibb sahəsidir. Qalxanabənzər vəzi, mədəaltı vəzi, böyrəküstü vəzilər, hipofiz və cinsiyyət vəziləri bu sistemə daxildir. Hormon balansının pozulması çəki dəyişikliyi, yorğunluq, saç tökülməsi, əsəbilik, aybaşı pozğunluğu və bir çox digər əlamətlə özünü göstərə bilər.
Baxılan vəziyyətlər
Şəkərli diabet (tip 1 və tip 2)
Şəkərsiz diabet
Gizli şəkər (prediabet)
İnsulin dirənci
Diabetik ayaq
Qalxanabənzər vəzi (zob) xəstəlikləri
Düyünlü zob
Hipotireoz (tənbəl zob)
Hipertireoz (zəhərli zob)
Haşimoto tiroiditi
Qalxanabənzər vəzi xərçəngi
Tireoiditlər
Osteoporoz (sümük əriməsi)
Sümük və kalsium metabolizmi pozğunluqları
D vitamini çatışmazlığı
Artıq çəki və piylənmə
Dislipidemiyalar (qan yağları)
Hirsutizm (artıq tüklənmə)
Polikistik over sindromu
Hipofiz xəstəlikləri
Uşaqlarda boy problemi
Cinsi inkişaf problemləri
Hamiləlik dövründə şəkər və zob xəstəliklərinin tənzimlənməsi
Nə zaman müraciət etməli?
Aşağıdakı əlamətlərdən biri və ya bir neçəsi davam edirsə, müayinə məsləhət görülə bilər:
- tez yorulma və halsızlıq
- səbəbsiz çəki artımı və ya azalması
- boyunda şişkinlik və ya sıxılma hissi
- həddindən artıq susama və tez-tez sidiyə getmə
- saç tökülməsi
- dəridə quruluq
- əsəbilik və yuxu pozğunluğu
- aybaşı pozğunluğu
- uşaqlarda boy artımının yaşıdlarından geri qalması
Bu əlamətlər başqa səbəblərdən də yarana bilər. Dəqiq qiymətləndirmə üçün həkim müayinəsi lazımdır.
Diaqnostika üsulları
- Hormon analizləri (TSH, T3, T4)
- Aclıq qanda qlükoza
- HbA1c (qlikohemoqlobin)
- D vitamini və kalsium
- Qalxanabənzər vəzinin ultrasəs müayinəsi
- Qalxanabənzər vəzinin biopsiyası
Endokrinologiya üzrə həkimlərimiz
Daimi heyət
Dr. Rüfət Talıbov
Endokrinoloq
Şəkərli diabet, qalxanabənzər vəzi xəstəlikləri və hormon pozğunluqları üzrə qəbul aparır.
Profilə bax
Qonaq mütəxəssis
Dr. Xəqani Həsənov
Cərrah-endokrinoloq
Qalxanabənzər vəzi xəstəlikləri və endokrin cərrahiyyə üzrə mütəxəssis.
Profilə bax
Qonaq mütəxəssis
Dr. Fərid Bayramov
Endokrinoloq
Şəkərli diabet, tiroid xəstəlikləri və hormonal pozğunluqlar üzrə qəbul aparır.
Profilə bax
Qonaq mütəxəssis
Dr. Zərifə Əliyeva
Endokrinoloq
Hormon pozğunluqları və şəkərli diabet üzrə qəbul aparır.
Profilə bax
Qonaq mütəxəssis
Dr. Samirə Nəsibova
Endokrinoloq
Endokrin sistem xəstəlikləri üzrə qəbul aparır.
Profilə bax
Endokrinologiya üzrə qəbula yazılın
Müayinə, analiz və ya həkim məsləhəti üçün zəng edin.