İxtisas

Pediatriya — Bərdə

Pediatriya uşaqların sağlamlığı, inkişafı və xəstəliklərinin müalicəsi ilə məşğul olur. Uşaqda hər hansı şikayət yarananda ilk müraciət yeri pediatrdır — lazım gəldikdə pediatr uşağı müvafiq mütəxəssisə yönləndirir.

Baxılan vəziyyətlər

Tənəffüs sistemi xəstəlikləri (bronxit, pnevmoniya, inağ)
Allergik rinit
Mədə-bağırsaq sistemi xəstəlikləri
Müxtəlif mənşəli ishallar və qəbizlik
Qida qəbulunun pozulması
Uşaqlarda çəki və boy inkişafı
D vitamini çatışmazlığı
Uşaqlarda infeksion xəstəliklər
Uşaqlarda qarın ağrıları
Uşaqlarda öskürək
Qasıq yırtığı
Bud-çanaq oynağının displaziyası

Nə zaman müraciət etməli?

Aşağıdakı əlamətlərdən biri və ya bir neçəsi davam edirsə, müayinə məsləhət görülə bilər:

  • davamlı və ya gecə öskürəyi
  • uzunmüddətli hərarət
  • çəki artımının yavaşlaması
  • tez-tez qarın ağrısı
  • iştahsızlıq
  • dəridə səpgi
  • yuxu və davranış dəyişiklikləri

Bu əlamətlər başqa səbəblərdən də yarana bilər. Dəqiq qiymətləndirmə üçün həkim müayinəsi lazımdır.

Diaqnostika üsulları

  • Qanın ümumi analizi
  • D vitamini və kalsium
  • Dəmir (Fe)
  • Nəcisdə qurd yumurtalarının təyini
  • Ümumi IgE
  • Tam abdominal ultrasəs müayinəsi

Tez-tez verilən suallar

Uşaqdan qan necə alınır?
Uşaqlarda nümunə yaşa uyğun üsulla götürülür. Uşağı əvvəlcədən qorxutmamaq, prosesi sadə dildə izah etmək və özünüzlə sevimli oyuncağını gətirmək prosesi əhəmiyyətli dərəcədə asanlaşdırır.
Uşağımı analizə necə hazırlayım?
Uşağa nə olacağını sakit və sadə dildə izah edin. "Heç nə hiss etməyəcəksən" kimi zəmanət verməyin — "bir az dişləyə bilər, tez keçir" daha düzgün yanaşmadır. Ac qalma tələb olunursa, səhər tez saata yazılın ki, uşaq uzun müddət ac qalmasın.

Pediatriya üzrə qəbula yazılın

Müayinə, analiz və ya həkim məsləhəti üçün zəng edin.

Qəbula yazıl